Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Şükürov Mehman Şakir oğlu

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Rəis

25 fevral 1965-ci ildə Ağsu rayonunun Birinci Qaraqaşlı kəndində anadan olmuşdur. 1987/1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Mədəni-maarif” fakültəsində təhsil almışdır. 1990/1993-cü illərdə S.Vurğun adına Mədəniyyət sarayında xalq teatrının rejissoru; 1993/1997-ci illərdə  S.Vurğun adına Mədəniyyət sarayın direktoru; 1997/2014-cü illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru vəzifəsində çalışmışdır. Sumqayıt Dövlət Musiqili Dram Teatrında işlədiyi müddət ərzində teatrın kollektivi onun rəhbərliyi ilə Hindistan, Türkiyə, Ukrayna, Türkmənistan, Rusiya və Gürcüstanda beynəlxalq teatr festivallarında uğurla çıxış edərək müxtəlif diplomlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür. 2015-ci il iyun / noyabr aylarında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktor müavini; 2015/2017-ci illərdə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi vəzifəsifələrində çalışmışdır.   2017-ci il 5 yanvar tarixindən Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi vəzifəasinə təyin edilmişdir. Ailəlidir. 2 övladı var. 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisidir.

Telefon: (018) 6544651

Faks: (018) 6544651

E-poçt: mehman.sukurov.1965@mail.ru

Qəbul günləri: Çərşənbə axşamı: saat 11.00-13.00