Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Cəfərli Bayram Yusif oğlu

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Məsləhətçi

Cəfərli Bayram Yusif oğlu 18 mart 1962-ci ildə Şuşa rayonunun Quşçular kəndində anadan olmuşdur. 1982-1987-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu əla qiymətlərlə bitirmişdir. 1984-cü ildən Quşçular kənd kitabxanasında fəaliyyət göstərmişdir. 1986-1987-ci illərdə Şuşa rayonu M.Əzizbəyov adına sovxozda fəhlə işləmişdir. Eyni vaxtda, həmin sovxozda komsomol katibi ictimai vəzifəsini həyata keçirmişdir. 20 oktyabr 1987-ci ildə Şuşa rayon mədəniyyət evinin direktoru vəzifəsinə təyin olunmuşdur. 1990-cı ildə  Şuşa rayon mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra etmişdir. 1992-2016-cı illərdə Şuşa rayon mədəniyyət şöbəsinin inspektor məsləhətçi vəzifəsində çalışmışdır. 2016-cı ildən Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsində, 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət idarəsində məsləhətçi vəzifəsində çalışır.

Telefon: +(99450) 443-57-24

E-poçt: bayram.ceferli62@gmail.com

Qəbul günləri: I-V günlər; saat 9.00-18.00