Məmmədov Əşrəf Məmməd oğlu
Sumqayıt Regional Mədəniyyət İdarəsi
böyük mühasib (Abşeron rayonu üzrə)
Məmmədov Əşrəf Məmməd oğlu 9 noyabr 1963-c ildə Ağdam rayonu Kosalı kəndində anadan olmuşdur. 1982-1986-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” ixtisası üzrə bitirmişdir. 1986-1988-ci illər Ağdam rayon Aqrar sənaye enerji müəssisəsində baş mühasib; 1989-1991- cillər Ağdam rayon Taxıl Məhsullari Kombinatında böyük mühasib; 1991-1994- cü illər Ağdam rayon 41 №-li Təsərrüfat Hesablı Tikinti şöbəsində baş mühasib; 1994-1996-cı illər “Qarabağ” kəndli tikinti trestində mühasib; 1996-1999-cu illər Dövlət Əmlak Komitəsinin Abşeron rayon şöbəsində baş mütəxəssis; 1999-2002-ci illər İqtisadi İnkişaf Nazirliyinin Abşeron rayon şöbəsində aparıcı məsləhətçi; 2002-2009-cu illər Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Abşeron rayon şöbəsində aparıcı məsləhətçi; 2009-2011-ci illər Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Ərazi şöbəsində müdir müavini; 2015-2016-cı illər Abşeron rayon Mədəniyyət və Turizm İdarəsində baş mühasib vəzifələrində çalışmışdır. 2017-ci ildən Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin, 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon nümayəndəliyinin böyük mühasibi vəzifəsində çalışır.
Telefon: (012)3421376
E-poçt: esref.memmedov.63@mail.ru
Qəbul günləri: I-V günlər; saat 9.00-18.00