Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Həsənova Ceyran Allahyar qızı

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Məsləhətçi

Həsənova Ceyran Allahyar qızı 1959 cu il 15 avqustada Dəvəçi rayonunda anadan olmuşdur. 1976-cı ildə Dəvəçşi rayon T.Abbasov adına orta məktəbi bitirdikdən sonra Dəvəçi rayon Kommunal Təsərrüfatı idarəsində katibə-makinaçı, kadr işləri üzrə inspektor vəzifələrində işləmişdir. 1978-1980-ci illərdə N.K.Krupskatya adına Bakı Kitabxanaçılıq Texnikumunun “Kitabxanaçılıq” fakultəsində, 1981-1987-cı illərdə  Bakı Dövlət Universitetində təhsil almışdır. 1980-1986-cı illərdə Dəvəçi rayon Sarvan kənd kitabxanasında böyük kitabxanaçı, 1987-1989-cu illərdə Tatarıstan Respublikasının Naberejnı Çelnı şəhərində Press Ram zavodunda komplektləşdirici vəzifəsində, 1990-1995-ci illərdə Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində komplektləşdirmə və kitabişləmə şöbəsində redaktor, böyük redaktor, 1995-2007-ci illərdə həmin şöbənin müdiri vəzifələrində işləmişdir. 2007—2016-cı illərdə Sumqayıt  şəhər Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi vəzifəsində, 2017-ci ildən isə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin, 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət idarəsinin məsləhətçisi vəzifəsində çalışır. Iki oğlundan biri- Axundov Əbdülməcid Nadirşah oğlu 1993-cü ildə anadan olmuşdur. 2016-cı il aprelin 2-də hərbi xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.

Telefon: (018) 654987

E-poçt: ceyran-axundova@mail.ru

Qəbul günləri: I-V günlər; saat 9.00-18.00