Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Abbasov Zahid Kamil oğlu

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Baş məsləhətçi (Şuşa rayonu üzrə)

 Abbasov Zahid Kamil oğlu 14 mart 1957-ci il tarixdə Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olmuşdur. 1963/1973 -cü illərdə Ü.Hacıbəyov adına Şuşa şəhər 1 №-li orta məktəbində; 1973-cü ildə N.M.Suvernik adına Moskva Ali Həmkarlar məktəbinin “Əməyin İqtisadiyyatı” fakultəsində; 1988-ci ildə Bakı Ali Partiya məktəbində təhsil almışdır. 1973/1975-ci illərdə Şuşa rayon Dövlət Sığorta Müfəttişliyində sığorta müfəttişi; 1977/1981- ci illərdə Azərbaycan KP Şuşa rayon Komitəsində təsərrüfat müdiri; 1982/1987 illərdə Azərbaycan Respublikası DQMV LKGİ vilayət komsomol komitəsində bölmə müdiri və təlimatçı; 1987/1991-ci illərdə Azərbaycan KP Şuşa rayon Komitəsində Siyasi –maarif kabinetinin müdiri; 1991/2016-cı illərdə  Şuşa rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 05 yanvar 2017-ci il tarixdən Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin, 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət idarəsinin baş məsləhətçisi – (Şuşa rayonu üzrə) vəzifəsində çalışır. 2011-ci iləd “Tərəqqi” medalı;  2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” medalı ilə təltif olunmuşdur.  

Telefon: (012) 4900618

Qəbul günləri: I-V günlər; saat 9.00-18.00