Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Gənclər günü münasibətilə silsilə tədbirlər keçirilib

02.02.2018

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkzində Şəhər Mədəniyyət Evi və Abşeron rayon Novxanı Sənətkarlıq Evi ilə birgə konsert keçirilib. Konsertdə gənc müğənnilər İlkin Əlizadə, Sevda Akkaya, Kamil Ağazadə, Zaur Yusifli, Aqil Heydərli, Elvin Qasımovun ifasında Azərbaycan xalq və bəstəkar mahnıları, “Şəms” instrumental ansamblının ifasında musiqi nömrələri maraqla dinlənilib. Eləcə də, Şəhər Mədəniyyət Evinin “NİCE” və Novxanı Sənətkarlıq Evinin “Odlar yurdu” rəqs qruplarının ifasında Azərbaycan, Hind və Avropa rəqsləri alqışlarla qarşılanıb. Tədbirdə həmçinin Şəhər Mədəniyyət Evində və Novxanı Sənətkarlıq Evinidə fəliyyət göstərən rəsm dərnəyi üzvləri: Gülşən Ramazanova, Lalə Tapdıqova, Dildar Hüseynovanın əl işləri nümayiş olunub.

F.Əmirov adına Uşaq musiqi məktəbində keçirilən tədbirdə Şöhrət Qocayevin ifasında “Misri”havası (saz), vıı sinif şagirdi Ayan Ağazadənin ifasında Tofiq Quliyevin ”Vals” (fortepiano), Qönçə Kazımovanın ifasında “ Mahur” təsnifi və məktəbin kiçik xor kollektivinin çıxışları dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

S.Vurğun adına Mərkəzi kitabxana və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər evində “Kitabın gənclərin həyatındakı rolu” mövzusunda diskusiya keçirilib. Tədbirdə tədbirin mahiyyəti haqqında geniş və ətraflı məlumat verilib. Sonra “Kitabın gənclərin həyatında rolu” mövzusunda müzakirə aparılıb. Kitabxana tədbirlərində fəal iştirakina, fasiləsiz oxu və mütaliə qabiliyyətinə görə fəal oxucular: Şəbnəm Rəhimova, Elvin Məmmədli, Surət Kəbirov, Günel Zeynallı təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıblar. Sonda “Oxumaq mədəniyyəti” mövzusunda videoçarx izlənilib.

Şuşa rayon Mədəniyyət Mərkəzi və Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbində də Gənclər günü qeyd olunub.

 

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin

Mətbuat xidməti

 

129.6 KB