Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimlərdən ibarət Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin təqdimatı keçirilib

07.02.2018

Sumqayıt şəhər “Kimyaçılar” mədəniyyət sarayında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Sumqayıt şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimlərdən ibarət Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin təqdimatı keçirilib.

Təqdimat mərasiminə ölkənin tanınmış sənətkarları: Respublikanın Xalq artisti Alim Qasımov, Respublikanın Əməkdar artistləri Fərqanə Qasımova, Təyyar Bayramov, Ehtiram Hüseynov qatılıblar.

Konsertdə Orkestrin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, Fəhmin Əhmədli və Xorun ifasında Səid Rüstəmovun “Sumqayıt” mahnısı, İbrahim Fərzəliyevin ifasında Vasif Adıgözəlovun “Xoşum gəlir” mahnısı, Respublikanın Əməkdar artisti Ehtiram Hüseynovun və xorun ifasında “Qara qız” xalq mahnısı, Ülviyyə Quliyevanın ifasında “Laçın” xalq mahnısı, Pərviz Qasımovun ifasında Bəhram Nəsibovun “Qarabağ” mahnısı, Səməd Xasıyevin ifasında “Gözəlim sənsən” xalq mahnısı, Gülzar Fərəcova və Vüqar Əliyevin ifasında Səid Rüstəmovun “Oxu gözəl” mahnısı, Respublikanın Əməkdar artisti Təyyar Bayramovun ifasında Əlibaba Məmmədovun “Mənim Azərbaycanım” mahnısı, Respublikanın Xalq artisti Alim Qasımov və Respublikanın Əməkdar artisti Fərqanə Qasımovanın ifasında Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, Şəfiqə Axundovanın “Mehriban olaq” (xorun müşayiəti ilə) mahnısı, Təyyar Bayramov, Pərviz Qasımov, Gülzar Fərəcovanın ifasında “Qarabağ” şikəstəsi, Respublikanın Əməkdar artisti Rauf Ağakişiyevin ifasında Məmməd Arazın “Azərbaycan” şeiri (tarla müşayət), Emin Sabitoğlunun “Azərbaycan” mahnısı (solistlər və xor) tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Orkestrin bədii rəhbəri və dirijoru Respublikanın . Əməkdar mədəniyyət işçisi Vaqif Süleymanov, Xor kollektivinin bədii rəhbəri Respublikanın Əməkdar mədəniyyət işçisi Lətafət Müfidzadə, Xor kollektivinin dirijoru Respublikanın Əməkdar müəllimi Firəngiz Xəlilovadır.

Konserti Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov,

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, millət vəkilləri və şəhər ictimaiyyətinin nümayəndələri izləyiblər.

 

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin

mətbuat xidməti

 

70.3 KB