Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov Sumqayıt şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimlərdən ibarət Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin üzvləri ilə görüşüb

14.02.2018

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov Sumqayıt şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimlərdən ibarət Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin üzvləri ilə görüşüb. Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan görüşdə idarə rəisi Mehman Şükürov çıxış edib. O, qeyd edib ki, Sumqayıt şəhərində musiqi və incəsənət məktəblərinin müəllimlərdən ibarət Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin yaradılması  qarşısına qoyduğu ən böyük məqsədlərdən biri olub. “Artıq biz nəinki məqsədimizə çatdıq, hətta möhtəşəm konsert proqramı ilə sübut etdik ki, biz daha böyük layihələrə imza atmaq iqtidarındayıq. Əminəm ki, qazandığımız bu böyük uğur bizi arxayılaşdırmayacaq, əksinə, daha böyük nailiyyətlər qazanmağımıza səbəb olacaq” deyən idarə rəisi “Kimyaçılar” sarayında keçirilən konsertdə maraqlı çıxışlarına görə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun və Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının kollektiv üzvlərinə təşəkkürünü çatdırıb. Tədbirdə çıxış edən orkestrin dirijoru, Əməkdar Mədəniyyət işçisi Vaqif Süleymanov, solist Gülzar Fərəcova və digərləri Mehman Şükürova onlara göstərilən etimada, diqqət və qayğıya görə təşəkkür ediblər. Sonra görüləcək işlər müzakirə olunub, fikirlər və təkliflər dinlənilib.

 

892.8 KB