Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov Abşeron rayon mədəniyyət müəssisələrinin kollektivləri ilə də görüş keçirib

14.02.2018

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov Abşeron rayon mədəniyyət müəssisələrinin kollektivləri ilə də görüş keçirib. Görüşdə müəssisələrin üzləşdiyi problemlər, cari və perspektiv işlər müzakirə olunub. Görüş zamanı Abşeron rayon Mədəniyyət mərkəzinin yeni təyin olunmuş direktoru Arif Vəliyevin təqdimatı olub. Rəis Mehman Şükürov yeni direktoru kollektivə təqdim edib və fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Arif Vəliyev əmək fəaliyyətinə 2009-cu ildə Sumqayıt şəhər Cəfər Cabbarlı adına Mədəniyyət evində bədii rəhbər kimi başlayıb. 2012-ci ildən isə Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun müdiri vəzifəsində çalışıb.  O, 2016-cı ildə "Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif edilib.

 

57.8 KB