Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Misir dunya uşaqların gözü ilə” adlı Beynəlxalq rəsm müsabiqəsinə qatılan şagirdlərimiz mükafata layiq görülüblər

20.02.2018

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Abşeron rayon Saray qəsəbə Uşaq  İncəsənət Məktəbinin Təsviri İncəsənət şöbəsinin şagirdləri "Misir dunya uşaqların gözü ilə" adlı Beynəlxalq rəsm müsabiqəsinə qatılıblar.

Belə ki, Misir Ərəb Respublikasında ənənəvi olaraq hər il "Misir dunya uşaqların gözü ilə" adlı Beynəlxalq rəsm müsabiqəsi keçirilir. Sonuncu müsabiqəyə dunyanın 140 ölkəsindən minlərlə iş göndərilib. Azərbaycan Respublikasını bu müsabiqədə Abşeron, Quba, Şamaxı, Lənkaran və İsmayıllı rayonlarının uşaq incəsənət məktəblərinin şagirdləri təmsil ediblər. Ölkəmizi təmsil edən şagirdlərin 19 nəfəri 19 müxtəlif nominasiyalardan, 3 qızıl medal , 4 gümüş medal və 12 sertifikata layiq görülüblər.

Abşeron rayon Saray qəsəbə Uşaq  İncəsənət Məktəbinin Təsviri İncəsənət şöbəsinin şagirdləri:  Hüseynova Mələk Kənan qızı və Qurbanov Arif Ceyhun oğlu (Qızıl medal);  Şaxiyev Rəşid İlqar oğlu və Bəhrəmova Gülinə Məhərrəm qızı (Gümüş medal);  Yaqubov Rəşad Yaşar oğlu,  Nəzərova Tutu Seymur qızı, Əliyeva Fatimə Həmid qızı və Camalzadə Nihad Vüqar oğlu  sertifikata layiq görülüblər.

Təltif edilmə mərasimi Misir səfirliyinin mədəniyyət mərkəzində keçirilib.

 

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin

Mətbuat xidməti

 

626 KB