Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində dahi bəstəkarımız Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

22.02.2018

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində dahi bəstəkarımız Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir məktəbin şagirdlərdən ibarət xor kollektivinin çıxışı ilə başlanıb. Daha sonra Qara Qarayevin uşaqlar üçün yazdığı fortepiano əsərləri, kinofilmlərə bəstələdiyi mahnılar, musiqi sənətimizin qızıl inciləri olan baletləri tədbirdə yüksək peşəkarlıqla səsləndirilib.

Məktəbin şagirdlərinin ifasında bəstəkarın parlaq musiqisi dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə bəstəkarın yaradıcılığını əks etdirən qısa metrajlı film nümayiş olunub. MKS-in Gənclər kitabxanası tərəfindən bəstəkarın həyat və yaradıcılığını əks etdirən kitablar, məqalələr tədbir iştirakçılarına təqdib edilib.

 

 

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin

mətbuat xidməti

 

32.1 KB