Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Dövlət Rəsm Qalereyasında 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib

06.03.2018

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt Dövlət Rəsm Qalereyasında  8 mart Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib.

Tədbirdə gənc rəssam və dekorativ tətbiqi sənət ustası, dizayner Tərlan Hacıyeva və onun tələbələrinin rəsm və əl işlərindən ibarət sərgisi nümayiş olunub. Sərgi LLBS tədris mərkəzinin, Start Education Centre və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılğı ilə keçirilib. Sərgini keçirməkdə məqsəd gənc nəslin incəsənətə olan marağını artırmaq və Azərbaycanda yetişməkdə olan gənc rəssamları tanıyıb tanıtmaqdır. Sərgidə 90 ədəd rəsm əsəri və 50 ədəd dekorativ tətbiqi işlər təqdim olunub.

Tədbirdə Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Ceyhun Hüseynov çıxış edərək xanımları bayram münasibətilə təbrik edib və gənc rəssamları fəxri fərman və hədiyyələrlə təltif ediblər.

Tədbirdə S.Rüstəmov adına UİM-in skripka şöbəsinin şagirdlərinin ifasında klassik musiqilər dinlənilib.

 

158.3 KB