Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada MKS işçiləri ilə görüş keçirib

05.03.2018

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada MKS işçiləri ilə görüş keçirib. 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə keçirilən görüşdə idarə rəisi MKS işçilərinin simasında Azərbaycan xanımlarını bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. O bildirib ki, “Azərbaycan qadını hər bir ailədə təkcə həyat yoldaşı deyil, həm də etibarlı dost, qayğıkeş anadır. Hər zaman öz mətanəti, fədakarlığı, yüksək əxlaqi keyfiyyətləri, ailəcanlılğı ilə dünyanın bütün xanımlarından fərqlənən qadınlarımız hər cür diqqətə və qayğıya layiqdir”. Sonda kitabxanaçı xanımlar göstərilən diqqətə görə idarə rəisinə təşəkkür ediblər.

 

63.2 KB