Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə silsilə tədbirlər keçirilib

07.03.2018

Sumqayıt şəhər F.Əmirov adına uşaq musiqi məktəbində keçirilən tədbirdə Səriyyə Dünyamalıyevanın ifasında “Ana” haqqında şeir, “Buta”qızlar ansamblı, məktəbin kiçik xor kollektivi və skripka ansamblının çıxışları alqışlarla qarşılanıb. Sonda məktəbin direktoru Vasif Heydərov kollektivi bayram munasibəti ilə təbrik edib,
Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən tədbirdə xalq mahnı və rəqsləri, həmçinin, bəstəkar əsərləri böyük həvəslə ifa olunub. Məktəbin xalq çalğı alətləri ansamblının ifasında instrumental musiqilər, müəllimlərin solo ifaları maraqla dinlənilib.
Şuşa rayon Niyazi adına Uşaq İncəsənət Məktəbində keçirilən konsertdə şagirdlər: Şamil Əliyev, Aytən Hacızadə, Mahir Əliyev, Tunar Məmmədli, Şövkət Yusifli, Yağmur İbadova və başqalarının ifaları valideynlər tərəfindən maraqla qarşılanıb.
Şuşa Rayon Xəlfəli Kənd musiqi məktəbində keçirilən tədbiri məktəbin direktoru Salman Ağalarov açaraq xanımları təbrik edib.Tədbirdə məktəbin şagirdləri Şuşa rayon Turşsu kənd uşaq musiqi məktəbinin şagirdləri ilə birgə konsert proqramı ilə çıxış ediblər. Tədbirdə məktəbin xor kollektivinin ifasında bəstəkar Fikrət Əmirovun “Odlar ölkəsi” mahnısı, 3-cü sinif şagirdi İsmayıl Xuduyevin ifasında “Bayatı-şiraz” muğamı və digər ifalar maraqla dinlənilib
Zəngilan rayon mədəniyyət işçiləri Sabirabad rayonunda məskunlaşmış məcburi köçkünlər üçün salınmış qəsəbədə konsert proqramı ilə çıxış ediblər. Konsertdə xalq və bəstəkar mahnıları, anaları vəsf edən şeirlər ifa olunub. Sonda Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov çıxış edərək xanımları bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti
 

 

175.7 KB