Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi tərəfindən növbəti layihəyə start verilib

12.03.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 lliyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin xalq çalğı alətləri orkestri və xorunun Sumqayıt şəhərində “Milli naxışlar” adlı kompozisiya-konserti keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, əməkdar müəllim İkram Manafov layihə haqqında ətraflı məlumat verərək bildirib ki, təqdim olunan konsert proqramı bu il ərzində bütün regionlarda, hətta qardaş Türkiyə və Gürcüstan respublikalarında dinləyicilərə təqdim olunacaq.

Konsertdə solistlər: Alagöz Səmədova, Sevinc Quliyeva (qanun), Niyaməddin Allahverdiyev (kamança), Bagir Babayev (tar), Sarvan Şirinov, Elşən Hüseynov (nağara), Nəsib Həsənov, Sahil Qurbanov (saz), Nicat Məsimov, Atlas Mehdiyeva, Səkinə Qasımova, Həsən Quliyevin (xanəndə) ifasında  korifey bəstəkarlar Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Şəfiqə Axundovanın əsərləri, eləcə də, muğamlar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin sonunda çıxış edən Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov belə tədbirlərin keçirilməsinin böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsində, bədii-estetik zövqünün formalaşmasında, dünyagörüşündə xüsusi əhəmiyyət kəsb etdiyini və tədbirdən məmnun qaıdığını bildirərək məktəb kollektivinə gələcək işlərində yeni nailiyyətlər arzulayıb.

 

 

 

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin

Mətbuat xidməti

 

 

 

876.7 KB