Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Türkiyədə Azərbaycanı təmsil edəcək

13.05.2018

Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi və Türkiyə Cümhuriyyətinin İstanbul ili Maltepe Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 14-16 may 2018-ci il tarixlərində İstanbulda Azərbaycan xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə və Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçiriləcək. Proqram çərçivəsində İstanbulda “Azərbaycan Xalq Cümhuriyyəti 100 il” parkının açılışı, Azərbaycanlı rəssamların əsərlərindən ibarət təşkil olunacaq rəsm sərgisi və geniş konsert proqramı təqdim olunacaq. Konsert proqramında çıxış edəcək Türkiyədə çalışan Azərbaycanlı sənətçilərlə yanaşı, İstanbul ili Maltepe Bələdiyyəsinin dəvəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı ilə Beynəlxalq əməkdaşlıq əlaqələrini uğurla davam etdirən Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi də, məktəbin direktoru əməkdar müəllim İkram Manafovun rəhbərliyi ilə maraqlı konsert proqramı ilə çıxış edəcək.

 

70.9 KB