Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Abşeron rayon Xırdalan şəhər 11 – illik musiqi məktəbinin növbəti uğuru

26.10.2018

Oktyabr ayında onlayn şəkildə “III Caspi Art İnternet Musik & Danse Türkey” Beynəlxalq Müsabiqə keçirilib.

Azərbaycan, Rusiya, Ukrayna, Belorusiya, Türkiyə, Qazaxıstan, Portuqaliya və digər ölkələrin iştirakçıları ilə yanaşı Sumqayıt Regional Mədəniyyət idarəsi Abşeron rayon Xırdalan şəhər 11 – illik musiqi məktəbinin tar ixtisası üzrə IХ sinif şagirdi Baqir Babayevin də qatıldığı müsabiqədə onun ifa etdiyi əsərlər - Qara Qarayev “Vals“ ( “Yeddi gözəl” baletindən ), N.Rimski – Korsakov “Arı uçuşu“ və “Cahargah“ muğamı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Müsabiqənin yekun nəticələrinə görə Baqir Babayev I dərəcəli diploma və müsabiqənin laureatı adına layiq görülüb.

 

 

 

 

 

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

 

242.7 KB