Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Dövlət Dram Teatrının kollektivinə!

30.10.2018

Əziz dostlar!

Sizi, Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi də başda olmaqla doğma kollektivi 50 illik yubileyiniz münasibətilə təbriki edirəm!

Sumqayıt Dövlət Dram Teatrı illər öncə uzun və şərəfli bir yola çıxdı. Bu yol şərəfli olduğu qədər çətin, keşməkeşli olub. Teatrın kollektivi tamaşaçılar qarşısında möhtəşəm obrazlar yaradıb, tamaşalar səhnələşdirib.

Fəxrlə deyə bilərəm ki, ömrümün 18 ilini mən məhz bu doğma kollektivlə bərabər keçirmişəm. Bu səbəbdəndir ki, mən teatr kollektivinin hansı çətinliklərlə üzləşdiyini, aktyor sənətinin hansı məhrumiyyətlər sayəsində inkişaf etdiyini, kollektivin bu möhtəşəm sənət ocağına olan böyük sevgisini, verdiyi mənəvi dəyəri, böyük yaradıcılıq axtarılarının bəhrəsi nəticəsində səhnələşdirilən uğurlu tamaşaları və onun yaşatdığı sevinc hislərini daha yaxından duyuram.

Sumqayıt Dövlət Dram Teatrının səhnəsində  yarandığı vaxtdan bu günə qədər saysız-hesabsız tamaşalar səhnələşdirilib, tamaşaçı alqışları qazanıb, onlarla sənət adamı yüksək fəxri adlara layiq görülüb. Bu gün fəxrlə bildirik ki, məhz bu sənət ocağının yetirməsi olan aktyor və aktrisalar, ilk sənət addımlarını Sumqayıt Dövlət Dram teatrında atan rejissorlar ölkənin böyük sənət ocaqlarında öz sözünü deyir.

Əziz dostlar! 

Bu gün Sumqayıt Dövlət Dram Teatrının əsaslı təmir olunması və maddi texniki bazasının müasir avropa standartlarına uğun qurulması, teatra dövlət qayğısının artması, yaradıcılıq axtarışları nəticəsində yeni-yeni tamaşaların səhnələşdirilməsi və əldə olunan uğurlar bizi sevindirməyə bilməz.

İnanıram ki, cənab prezident ilham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi qayqı və  diqqəti, verdiyi dəyəri daim öz üzərində hiss edən teatr kollektivi bundan sonra da böyük uğurlara imza atacaq, sorağı dünyanın böyük teatr səhnələndən eşidiləcək!

Bu şərəfli yolda sizə uğurlar, nailiyyətlər arzu edirəm!

50 YAŞIN MÜBARƏK!

 

 

Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi

 Mehman Şükürov