Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıtda “Alovlu Qafqaz” Uşaq və Gənclərin Beynəlxalq Rəqs və Yaradıcılıq Festivalı keçirilib

03.12.2018

Sumqayıt şəhər “Kimyaçılar” mədəniyyət sarayında “Alovlu Qafqaz” Uşaq və Gənclərin Beynəlxalq Rəqs və Yaradıcılıq Festivalı keçirilib.

Festival Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Sumqayıt şəhər Təhsil şöbəsinin birgə dəstəyi, Quba şəhər Uşaq və Gənclər İnkişaf Mərkəzinin direktoru Ramin Məmmədlinin təşkilatçılğı ilə keçirilib.

 Festivalda Azərbaycan və Gürcüstanı təmsil edən folklor kollektivləri və rəqs ansablılarının kollektivləri bir-birindən maraqlı geniş konsert proqramı ilə çıxış ediblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən

 Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin “Xəzri” mahnı və rəqs ansamblının (bədii rəhbər: Vüqar Cəfərov), “Atəşgah” rəqs qrupunun (bədii rəhbər: Murad Paşayev) ifasında Azərbaycan rəqsləri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Sonra festival iştirakçıları diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Konsertin sonunda festivalın təşkilatçısı, Quba şəhər Uşaq və Gənclər İnkişaf Mərkəzinin direktoru Ramin Məmmədli çıxış edərək göstərdiyi dəstəyə görə Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Sumqayıt şəhər Təhsil şöbəsinə təşəkkürünü bildirib.

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

 

54 KB

 

58.2 KB

 

64.9 KB