Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda səfərdə olub

04.12.2018

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi böyük heyətlə, məktəbin direktoru əməkdar müəllim İkram Manafovun rəhbərliyi ilə Gürcüstanda səfərdə olub.

Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Gürcüstanda keçirilən tədbirdə iştirak etmək məqsədilə baş tutan səfər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə gerçəkləşib.

Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində yüksək səviyyədə təşkil olunan, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının da iştirak etdikləri tədbirdə məktəb kollektivi Qara Qarayevin əsərləri ilə yanaşı digər bəstəkarların əsərləri, xalq mahnı və muğamlarımızdan ibarət maraqlı konsert proqramı ilə çıxış ediblər.

Səfər çərçivəsində məktəbin kollektivi Tbilisidə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsi önünə əklil qoyaraq öz dərin hörmət və ehtiramlarını bildiriblər.

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

 

103.9 KB

 

71.8 KB

 

64.5 KB