Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şuşa rayon mərkəzi kitabxanasında Mikayıl Müşfiqə həsr olunmuş tədbir keçirilib

05.12.2018

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabeliyində olan Şuşa rayon mərkəzi kitabxanasında Mikayıl Müşfiqə həsr olunmuş “Yenə o bağ olaydı” adlı ədəbi- bədii gecə keçirilib.

Tədbirdə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.  

Sonra şairə Mətanət Ulu Şirvanlı Müşfiq poeziyasının zənginliyindən söhbət açıb, kitabxananın fəal oxucuları: Könül Məmmədova, Ayişə Məmmədova, Səma Əlizadə, Lalə İsmayılova Mikayil Müşfiqin şeirlərindən parçalar söyləyib, solist Gülnaz Tağıyeva tədbir boyu şairin sözlərinə yazılmış mahnıları ifa edib.

Daha sonra Sumqayıt Regional Mədəniyyət idarəsinin Şuşa rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Zahid Abbasov çıxış edərək tədbirin təşkilatçılarına və  iştirakçılarına təşəkkürünü bildirib.

Tədbir İntiqam Abbasovun ifasında “Oxu tar” musiqisinin sədaları altında yekunlaşıb.

 

 

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

 

137 KB

 

105.6 KB