Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Sumqayıt” futbol klubunun Müşahidə Şurasının iclası keçirilib

04.08.2017

Bu gün “Sumqayıt” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Toplantıda müxtəlif mövzulara toxunulub, bəzi vacib məsələlər barəsində fikir mübadiləsi aparılıb. Həmçinin ötən mövsümün nəticələri müzakirə edilib, əsas əvəzedici komandanın 2017/2018 futbol mövsümünə hazırlıq mərhələləri dəyərləndirilib.

Akademiyadakı ümumi iş və yeniliklər barəsində məlumat çatdırılmaqla yanaşı, Müşahidə Şurası tərəfindən bəzi məsələlərlə bağlı müxtəlif tapşırıqlar verilib.

İclasda “Sumqayıt”ın əsas komandasının baş məşqçisi Samir Abasov da iştirak edib. Onun ötən mövsüm üçün hesabatı dinlənilib.

Müşahidə Şurası baş məşqçi və onun köməkçiləri ilə əməkdaşlığın davam etdirilməsi ilə bağlı qərar verib.

Qeyd edək ki, Samir Abasov 2015-ci ilin oktyabrında “Sumqayıt”ın baş məşqçisi postunda Aqil Məmmədovu əvəzləyib.