Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıtın Şəhər Mədəniyyət Evində “Narbala” kukla teatrı “Tıq-tıq xanım” tamaşası ilə uşaqların görüşünə gəlib

04.02.2019

Sumqayıt Reginoal Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt Şəhər Mədəniyyət Evində fəaliyyət göstərən “Narbala” kukla teatrı (bədii rəhbər Mətanət Əmrullayeva) “Tıq-tıq xanım” tamaşası ilə uşaqların görüşünə gəlib.

Tamaşa milli uşaq dramaturgiyasının əsasını qoyan Abdulla Şaiqin eyni adlı nağılı əsasında səhnələşdirilib.

Uşaqların mənəvi-estetik zövqünün formalaşması, asudə vaxtının səmərəli və mənalı təşkili məqsədilə nümayiş olunan tamaşa balacalar tərəfindən maraqla qarşılanıb.

Dostluqdan, xeyirxahlıqdan bəhs edilən tamaşada uşaqlar nağıl qəhrəmanı olan Tıq-tıq xanımın başına gələn macəralarn şahidi olublar.

Tamaşa uşaqlarda xoş ovqat yaradıb, nağıl qəhrəmanları ilə birgə mahnılar oxuyub.ş maraqlı, əyləncəli vaxt keçiriblər.

 

 

 

Sumqayıt Reginoal Mədəniyyət idarəsinin

Mətbuat xidməti

 

46.1 KB