Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt şəhər Q.Qarayev adına UMM-də dahi bəstəkar Qara Qarayevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

06.02.2019

Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan Sumqayıt şəhər Qara Qarayev adına uşaq musiqi məktəbində dahi bəstəkar  Qara Qarayevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

 Tədbirdə məktəbin şagird və müəllimlərinin ifasında bəstəkarın həyatı və zəngin yaradıcılığı haqqında geniş məlumat verilib.

Sonra bəstəkarın uşaqlar üçün yazdığı fortepiano əsərləri, kinofilmlərə yazdığı mahnılar, musiqi sənətimizin qızıl inciləri olan baletləri müəllim və şagirdlər tərəfindən ifa olunub.

Müxtəlif alətlərin ifasında səslənən bu möhtəşəm musiqilər dinləyicidə böyük maraq yaradıb.

 

 

 

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

 

57.4 KB