Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon Nümayəndəliyində Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirilib

08.02.2019

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon Nümayəndəliyində Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirilib. 
Zəngilan kənd klubunda təşkil olunan dəyirmi masada T rayon icra hakimiyyətinin məsul işçisi Elnurə Təhməzova, nümayəndəliyin baş məsləhətçisi Mehman Nəsirov, Tarix Diyarşünaslıq Muzeyinin direktoru Nərmin Fərəcli, 33 saylı tam orta məktəbin tarix müəllimi Nahidə Rəsulova və başqaları çıxış ediblər. Tədbirdə 33 saylı tam orta məktəbin şagirdləri  Rəhiməxanım İsmayılzadə və Mətin Ağazadə Mübariz İbrahimova həsr olunmuş şeirlər söyləyiblər. Tədbirin sonunda Mübariz İbrahimova həsr olunmuş videoçarx nümayiş olunub.
 

 

448.7 KB