Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıtın Şəhər Mədəniyyət Evinin kollektivi hərbi hissədə tədbir keçirib

04.04.2019

Sumqayıt regional Mədəniyyət İdarəsinin Sumqayıt Şəhər Mədəniyyət Evi "N" saylı Hərbi Hissədə "Qanlı tariximiz, şanlı tariximiz" ədəbi-bədii gecə keçirilib.

Tədbirdə 2016-cı il Aprel döyüşlərində zabit və əsgərlərimizin igidliyi haqqında geniş məlumat verilib.

Sonra Şəhər Mədəniyyət Evinin bədii qiraət dərnəyinin üzvlərinin ifasında "Ana və əsgər" kompozisiyası nümayiş olunub, mövzu ilə əlaqədar çıxışlar dinlənilib.

Daha sonra Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivi üzvlərinin ifasında vətənpərvər şeir və mahnılar zabit və əsgərlər tərəfindən maraqla qarşılanıb.

Sonda S.Vurğun adına Mərkəzi kitabxananın tərtib etdiyi ədəbiyyat və dövrü mətbuat materiallarını əks etdirən sərgi nümayiş olunub.

 

24.6 KB

 

31.9 KB