Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt Regional Mədəniyyət idarəsi Sumqayıt şəhərinin yaradılmasının 70 İlliyi münasibəti ilə «Sumqayıta həsr olunmuş ən yaxşı şeir və esse» müsabiqəsi elan edir.

17.04.2019

Sumqayıt Regional Mədəniyyət idarəsi Sumqayıt şəhərinin yaradılmasının 70 İlliyi münasibəti ilə «Sumqayıta həsr olunmuş ən yaxşı şeir və esse» müsabiqəsi elan edir. Müsabiqədə iştirak etmək istəyən müəlliflər öz şeirlərinin(esselərinin) əlyazmalarını və elektron variantını avqust ayının 30-dək Əli Kərim adına Poeziya Evinə  təqdim etməlidirlər. Təqdim edilən şeirlərin mövzunu tam və dolğun əhatə etməsi və janrın tələblərinə cavab verməsi vacib şərtdir.

Əlavə məlumat almaq istəyənlər 044 208 01 61 nömrəli telefonla Əli Kərim adına Poeziya Evinə müraciət edə bilərlər.

Ünvan: Sumqayıt şəhəri, 9-cu mkr., Heydər Parkı, Poeziya Evi.

Email: sumqayitpoeziya.evi@mail.ru

Qeyd: Sumqayıtın 60 illik yubileyi ilə bağlı keçirilmiş müsabiqəyə təqdim edilmiş şeirlər bu müsabiqədə iştirak edə bilməz.

 

Müsabiqənin təşkilat komitəsi

 

Sumqayıt Regional Mədəniyyət idarəsi

 

 

Sumqayıt şəhərinin yaradılmasının 70 illiyi munasibəti ilə keçirilən «Sumqayıtı vəsf edən ən yaxşı şeir və esse» müsabiqəsinin

 

 

Ə S A S N A M Ə s i

 

 

 

Sumqayıt şəhərinin, eyni zamanda onun qurub-yaradılmasında və inkişafında fədakarlıq göstərmiş insanların əməyinin bədii tərənnümünü dəyərləndirmək məqsədi ilə «Sumqayıta həsr olunmuş ən yaxşı şeir və esse» müsabiqəsi bu Əsasnaməyə uyğun olaraq keçirilir.

 

i. Müəlliflər Sumqayıta həsr edilmiş şeirlərininin əlyazmalarını və elektron variantını yerli kütləvi informasiya vasitələrində bu barədə elan dərc edilən gündən etibarən 2019-cu il avqust ayının 31-dək elanda göstərilən ünvana – Əli Kərim adına Poeziya Evinə təqdim edir.

 

iiSumqayıtın 60 illiyi ilə əlaqədar keçirilən müsabiqədə iştirak etmiş və “Həzin nəğmələrdə yaşayan şəhər” toplusuna daxil edilmiş şeirlər müsabiqəyə təqdim edilə bilməz.

 

iii. Müsabiqəyə təqdim edilmiş şeirlər Əli Kərim adına Poeziya Evi tərəfindən qəbul edilərək toplanılır və Sumqayıt Regional Mədəniyyət idarəsinin  tərkibini təsdiq etdiyi münsiflər heyəti tərəfindən müzakirə edilir. Müsabiqəyə təqdim edilmiş şeirin(essenin) mövzunu tam əhatə etməsi və janrın tələblərinə cavab verməsi vacib şərtdir.

 

ivMünsiflər heyəti müsabiqəyə təqdim edilmiş şeirləri(esseləri) müzakirə edərək i, ii iii yerlərə layiq bildiyi müəllifləri  müəyyən edir və bu barədə qərarını Sumqayıt Regional Mədəniyyət idarəsinə təqdim edir.

 

v. Qaliblər Sumqayıt şəhərinin 70 illiyi ərəfəsində təntənəli surətdə Sumqayıt Regional Mədəniyyət idarəsi tərəfindən «Sumqayıta həsr olunmuş ən yaxşı şeir və esse» müsabiqəsinin Laureatı Diplomu ilə təltif edilir və qiymətli hədiyyələrlə mükafatlandırılır.

 

vi. Münsiflər heyətinin səs çoxluğu ilə qəbul etdiyi qərar qalibləri müəyyənləşdirmək üçün əsas sayılır və müzakirə olunmur.

 

 

 

 

 

136.7 KB