Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Abşeron rayon Mədəniyyət Mərkəzində Namiq Mənanın “Sən gedəndən” adlı kitabının təqdimatı keçirilib

17.04.2019

Sumqayıtın 70 illiyi münasibətilə Abşeron rayon Mədəniyyət Mərkəzində sumqayıtlı şair-bədiyəçi, AYB Qubadlı rayon bölməsinin sədri Namiq Mənanın “Sən gedəndən” adlı kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru Arif Vəliyev açaraq Namiq Mənanı təbrik edib, xoş arzularını çatdırıb. 

Tədbirdə Namiq Mənanın  şeirləri oxunub, tanınmış sənət adamlarının ifasında mahnılar  dinlənilib.

 

393.9 KB