Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şuşa rayon Bülbülcan adına uşaq musiqi məktəbinin 2018-2019 tədris ilinin yekun konserti keçirilib

18.05.2019

Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda "28 May Respublika günü" münasibətilə Sumqayıt Regional Mədəniyyət İdarəsi Şuşa rayon Bülbülcan adına  uşaq musiqi məktəbinin 2018-2019 tədris ilinin yekun konserti keçirilib.

Konsertdə Azərbaycan Bəstəkarlar Ittifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, Şuşa rayon icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Sumqayıt RMİ-nin Şuşa rayonu üzrə baş məsləhətçisi Zahid Abbasov, məktəb direktorları, bəstəkarlar və digər   qonaqlar iştirak ediblər.

Tədbirdə məktəbin şagirdləri xalq mahnılarını, muğamları, Azərbaycan və xarici bəstəkarların əsərlərini məharətlə ifa ediblər.

Sonda konsertde iştirak edən şagirdlər, fərqlənən müəllimlər fəxri fərmanlarla təltif olunublar.

 

63 KB

 

60.7 KB

 

52.4 KB