Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıtda ümumşəhər rəqs müsabiqəsinin yekun turu keçirilib

24.05.2019

Sumqayıtın 70 illiyi çərçivəsində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıtda ümumşəhər rəqs müsabiqəsinin yekun turu keçirilib.

“28 May” mədəniyyət evində baş tutan müsabiqəyə C.Cabbarlı adına mədəniyyət evinin “Turan”, “Dostluq” mədəniyyət evinin “Şahinlər”, Bülbül adına uşaq incəsənət məktəbinin “Ümid”, S.Rüstəmov adına Uşaq İncəsənət məktəbinin “Gənc şahinlər”, Sumqayıt şəhər Gənclər və Yaradıcılıq Mərkəzinin rəqs kollektivləri və “Alleqro” rəqs qrupu qatılıblar.

Azərbaycan və dünya xalqlarının rəqslərini məharətlə ifa edən rəqs kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Xareoqraflar Məmməd Mehdiyev, Məcid Quliyev, İbad Feyzullayevdən ibarət münsiflər heyətinin qərarına əsaən C.Cabbarlı adına mədəniyyət evinin “Turan” rəqs qrupu I yerə, “Dostluq” mədəniyyət evinin “Şahinlər” rəqs qrupu II yerə, Sumqayıt şəhər Gənclər və Yaradıcılıq Mərkəzinin rəqs kollektivi III yerə, digər rəqs kollektivləri isə həvəsləndirici yerə layiq görülüblər.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, müsabiqənin I turu aprelin 21-də N.Nərimanov adına mədəniyyət mərkəzində keçirilib.

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

 

469 KB

 

455.1 KB

 

449.8 KB