Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət evi ”N” saylı hərbi hissədə “Müstəqillik Bayramı” adlı konsert təşkil etmişdir

28.05.2019

Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət evinin özfəaliyyət kollektivləri 28 May Respublika Günü münasibəti ilə N saylı hərbi hissədə “Müstəqillik Bayramı” adlı konsert təşkil etmişdir.

Mədəniyyət evinin solisti Əliağa Tapdıqlı ilk öncə əsgər və zabit heyətini salamlayıb, bayramlarını təbrik edərək 101 il bundan əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edib. Cümhuriyyətin cəmi 23 ay ömür sürməsinə baxmayaraq, xalqımızın demokratik dəyərləri özündə daşıyan, mütərəqqi dövlətçilik ideyalarını əks etdirən respublika qurmaq əzmini nümayiş etdirdiyini vurğulayıb.

Daha sonra Mədəniyyət evinin özfəaliyyət kolektivlərindən “Turan” milli rəqs qrupunun ifasında “Dağlar gözəli”, “İgidlər”, “Dilşadi” rəqsləri əsgəe və zabit heyəti tərəfindən maraqla qarşılanmışdır.

Mədəniyyət evinin solistəri Əli Əzizoğlu, Pənah Məmmədli, Şəbnəm Faiqqızı, Ədalət Dağlının ifasında səslənən şən və vətənpərvər mahnılar əsgərlərdə ruh yüksəkliyi yaradaraq, bayram əhval ruhiyyəsini daha da coşdurdu.

Sonda N saylı hərbi hissənin komandiri Elzamin Behbudov 28 May Respublika Günü münasibəti ilə hərbi hissədə təşkil olunan bayram konsertində fəal iştirak etdiyinə görə Mədəniyyət evinin direktoru A.Qəhrəmanovanı və “Turan” milli rəqs qrupunun bədii rəhbəri E.Nəsirlini Fəxri Fərmanla Təltif etmişdir.

 

167.9 KB

 

142.3 KB

 

181.9 KB