Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Çərkəz Cəlal oğlu Nəsirli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olundu

04.06.2019

Musiqi təhsili sahəsində çoxillik əmək fəaliyyətinə, habelə gənc nəslin estetik tərbiyəsində səmərəli işinə görə Zəngilan rayon Bartza kənd Uşaq Musiqi Məktəbinin direktoru Çərkəz Cəlal oğlu Nəsirli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olundu. Mədəniyyət naziri cənab Əbülfəs Qarayev tərəfindən verilən Fəxri Fərmanı Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, rəis müavini İlham Əhmədov və nümayəndəliyin baş məsləhətçisi Mehman Nəsirov Bartza kənd Uşaq Musiqi Məktəbində təqdim etdi.

 

65.5 KB