Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib

23.11.2017


Sumqayıtın Tarixi Muzeyində şəhərin 68-ci ildönümü münasibətilə keçirilən dəyirmi masada Sumqayıt şəhər MKS-nin əməkdaşları iştirak edib. Tədbir iştirakçılarına əvvəlcə Sumqayıt şəhərinin yarandığı gündən keçdiyi şərəfli tarixi özündə əks etdirən daimi sərgi, eyni zamanda, muzeyin 50 illiyinə həsr olunmuş "50 ilin işığında” adlı sərgi təqdim olunub.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Olya İslamova bu əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib. Sonra tədbir iştirakçıları şəhərin keçmişi və bu günkü inkişafı ilə bağlı fikirlərini bildiriblər. Daha sonra muzeyin yaranmasının 50 illiyini özündə əks etdirən video-çarx nümayiş olunub. Sonda Sumqayıt MKS-nin direktoru Yeganə Əhmədova çıxış edərək muzeyin kollektivini təbrik edib, xoş arzularını çatdırıb. Qubadlı Rayon Fəxrəddin Hüseynov adına Mahmudlu kənd Musiqi məktəbində bəstəkar Emin Sabitoğlunun anadan olmasının 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Konsertdə Qubadlı Rayon Gənclər və İdman idarəsinin rəisi Namiq Abbasov, SRMTİ-nin nümayəndəsi Eldar Hüseynov, SRMTİ Qubadlı Rayon nümayəndəliyinin baş məsləhətçisi İlham Əhmədov, müəllim və şagird kollektivi iştirak ediblər. Əvvəlcə bəstəkarın həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olunub.
Daha sonra məktəbin müəllim və şagird kollektivi Emin Sabitoğlunun bəstələrini səsləndiriblər. SRMTİ-nin nümayəndəsi Eldar Hüseynov və SRMTİ Qubadlı Rayon nümayəndəliyinin baş məsləhətçisi İlham Əhmədov çıxış edərək tədbir haqqında öz fikirlərini bildirib, tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə uğurlar arzulayıblar.
 

 

50.2 KB