Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Sumqayıt-70” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib

05.06.2019

Belə ki, Sumqayıt şəhər İnternat tipli Gimnaziyanın şagirdlərinin mərkəzə ekskursiyası təşkil olunub. Ekskursiya zamanı balaca qonaqlar  Ulu Öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənəd və foto şəkillər, fiziki qüsurlu insanların da istifadə edə biləcəyi informasiya xarakterli və Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid nadir şəkilləri əks etdirən elektron köşklər, elektrik sisteminin yerləşdiyi server otağı, elektron kitabxana, 50 nəfərlik konfrans və 420 nəfərlik akt zalı və s. ilə yaxından tanış olub, məlumatlanıblar. Tədbirdə uşaqların ifasında rəqs nömrələri izlənilib, Sumqayıta həsr olunmuş şeir nümunələri dinlənilib.

Heydər Əliyev Mərkəzində daha bir tədbir Sumqayıt şəhər 4 saylı orta məktəblə birgə keçirilib. Tədbirdə Heydər Əliyev və şəhərimiz haqqında geniş məlumat verilib. Sonra sonra şagirdlərin ifasınmda şeir və musiqi nömrələri dinlənilib,  rəqs nömrələri və kiçik səhnəciklər izlənilib.  

 

 

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

 

65.3 KB

 

93.3 KB

 

238.5 KB