Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda “Sumqayıt-70” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib

07.06.2019

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə “Sumqayıt-70” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib.

Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda tanınmış yazıçı-publisist, kinossenarist, Əməkdar Jurnalist Eyruz Məmmədovla görüş keçirilib. Tədbirdə Eyruz Məmmədovun ictimai fəaliyyəti, yaradıcılığı haqqında  geniş məlumat verilib. Qeyd olunub ki, son 30 ildə bir çox tarixi sənədli filmlərin müəllifi olan, Qarabağla, Sumqayıtla bağlı yaxın keçmişimizin tarıxınə aid əsəsrləri, roman və povestləri ilə nəinki respublikamızda, həm də uzaq xaricdə də yaxşı tanınan  Eyruz Məmmədov maraqlı həyat və zəngin yaradıcılıq yolu keçib. Sonra söz müəllifə verilib. O, yeni kitabları haqqında məlumat verib, yaradıcılıq planlarından söz açıb, oxucuların suallarını cavablandırıb.

Layihə çərçivəsində kitabxanada “Həzin nəğmələrdə yaşayan şəhər” adlı şeir müsabiqəsi də keçirilib. Müsabiqəyə qatılan oxucular Sumqayıta həsr olunmuş şeirlərdən nümunələr söyləyiblər. Münsiflər heyəti üzvlərinin yekdil rəyi ilə  Aişə Məmmədova I yerə, Fatimə Quliyeva II yerə, Nüsrət Ağazadə isə III yerə layıq görülüblər. Digər iştirakçılar hədiyyələrlə mükafatlandırılıblar. Sonda “Sumqayıt-taleyimin şəhəri” başlıqlı sərgi haqqında xülasə verilib.  

 

72 KB

 

141.4 KB

 

110.6 KB