Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt bulvarında mədəniyyət müəssisələrinin kollektivləri birgə konsert proqramı ilə çıxış ediblər

18.06.2019

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt bulvarının konsert meydançasında mədəniyyət müəssisələrinin kollektivləri birgə konsert proqramı ilə çıxış ediblər.

Konsertdə musiqi məktəblərinin müəllim və şagirdləri, klub müəssisələrinin özfəaliyyət kollektivləri maraqlı konsert proqramı təqdim ediblər.

S.Rüstəmov adına uşaq incəsənət məktəbinin şagirdlərdən ibarət "Uğur" xalq çalğı alətləri ansamblı, skripkaçalanlar ansamblı, "Cəsur şahinlər" rəqs qrupu çıxışı, şagirdlərin və gənc müğənnilərin ifasında bir-birindən maraqlı ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

N.Nərimanov adına Mədəniyyət Mərkəzi və klub müəssisələri də birgə konsert proqramı ilə tamaşaçıların zövqünü oxşayıb. 

Konsertdə müğənnilər Allahverdi Xəyal, İbrahim Fərzəliyev, Natiq Ayxan, Leyla Məmmədova, Zaur Yusifli, Ramin Babayev, Məlahət Hüseynovanın ifasında rəngarəng musiqi nömrələri səslənib, "Turan" rəqs qrupunun ifasında maraqlı rəqs nömrəsi izlənilib.

 

204.8 KB

 

167 KB

 

152.4 KB