Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Sumqayıt-70” layihəsi çərçivəsində “Təsviri yaradıcılıq görüşləri” adlı plener keçirilib

20.06.2019

Sumqayıt Regional Mədəbniyyət idarəsinin dəstəyi ilə “Sumqayıt-70” layihəsi çərçivəsində Sumqayıt Dövlət Rəsm Qalereyası “Təsviri yaradıcılıq görüşləri”adlı plener keçirib.

Plenerin keçirilməsində məqsəd müəllimlər və gənc rəssamlar arasında sənət mübadiləsi aparmaqdır.

Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin, eləcə də, 15 və 35 saylı orta məktəb rəsm müəllimlərinin və şagirdlərinin qatılıldığı plenerdə rəssam və şagirdlər sərbəst mövzu və texnikalarda maraqlı rəsmlər işləyiblər.

Sonra təsviri sənət mövzusunda diskusiya aparılıb.

Şagirdlərin sərbəst mövzuda işlədiyi rəsmlər sakinlər tərəfindən maraqla qarşılanıb.

 

 

Sumqayıt Regional Mədəbniyyət idarəsinin

Mətbuat xidməti

 

255.7 KB

 

246.7 KB

 

263 KB