Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

26 iyun Silahlı Qüvvələr günü münasibətilə hərbi hissələrdə konsertlər keçirilib

27.06.2019

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə mədəniyyət müəssisələrinin kollektivləri  hərbi hissələrdə konsert proqramı ilə çıxış ediblər.

Sumqayıt şəhər və Dostluq Mədəniyyət evi, Corat Qəsəbə Mədəniyyət evi, C.Cabbarlı adına Mədəniyyət evi, 28 May Diyarşünaslıq evi, Gənclik klubu ayrı-ayrı hərbi hissələrdə konsert proqramı ilə çıxış etdilər.

Gənc müğənnilər Şamo Babayev, Günel Eyvazova, Rəşad Bəşirov, Elşən Əliyev, Leyla Məmmədova, İbrahim Fərzəliyev, Birgül Ağdamlı, Samir Qoca, Ruslan Əkbərov iştirak edərək öz rəngarəng musiqi nömrələri ilə əsgər və zabitlərimizin zövqünü oxşayıblar.

 

Xızı rayon mədəniyyət işçiləri də  "N" saylı hərbi hissədə konsert proqramı ilə çıxış ediblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon üzrə nümayəndəliyinin baş məsləhətçisi Mönsüm Bağırov çıxış edərək hərbiçilərimizi təbrik edib, xoş arzularını çatdırıb,  yeni-yeni zəfərlər arzulayıb.

Daha sonra tədbir Xızı rayon Uşaq Musiqi Məktəbinin "Xızı Dağları" ansamblının solistlərinin çıxışı ilə davam edib.

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

 

32.4 KB

 

119.6 KB

 

112.8 KB