Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt bulvarında Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin konserti keçirilib

30.06.2019

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt bulvarının konsert meydançasında Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin kollektivi konsert proqramı ilə çıxış ediblər.

Konsertdə məktəbin şagirdlərdən ibarət xor kollektivinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri dinlənilib, “Ümid” rəqs ansamblının ifasında bir-birindən maraqlı  rəqs nömrələri izlənilib.

Konsertdə müəllim və şagirdlər xalq və bəstəkar mahnıları ilə tamaşaçıların zövqünü oxşayıb.

Tədbirdə həmçinin, məktəbin rəsm şöbəsinin şagirdlərinin əl işlərindən ibarət sərgisi nümayiş olunub.

Tədbir tamaşaçılar tərədindən maraqla qarşılanıb.

 

 

431.9 KB

 

525.7 KB

 

443.2 KB