Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində yazıçı Cəlal Bərgüşadın 95 illiyi ilə əlaqədar “Məni tarix yaşadacaq” adlı tədbir keçirilib

26.07.2019

Uşaq şöbəsinin böyük multimedia mütəxəssisi Zübeydə Məmmədova oxuculara Azərbaycanın görkəmli nasiri Cəlal Bərgüşadın həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Sonra əsərlərindən söhbət açaraq bildirdi ki, yazıçının “Dərilməmiş salxımlar” kitabı 1973-cü ildə “Gənclik”nəşriyyatında çap olunub.Kitabda əsasən cəbhə hekayələri verilmişdir.Müəllif gənc yaşlarında ikən Böük Vətən müharibəsində iştirak etmiş, döyüşçülərin faşizmə qarşı mərdliklə mübarizə apardıqlarının şahidi olmuş və həmin hadisələri qələmə almışdır.

 ”Siyrilmiş qılınc” tarixi romanı 1981-ci ildə “Gənclik” nəşriyyatında çap olunub.Əsərdə məşhur xalq qəhrəmanı, sərkərdəsi Babək Xürrəminin azadlıq və istiqlaliyyət uğrunda xilafətə qarşı apardığı mübarizəsi və bir sıra şanlı döyüşləri təsvir olunmuşdur. “Şərq çiçəyi” kitabı 1985-ci ildə “Gənclik” nəşriyyatında çap olunub.Kitabda toplanmış hekayələrin bir qismində faşistlərə qarşı müharibədə döyüşçülərin qəhrəmanlığından, rəşadətindən danışılır.Bir qismində isə ölməz sənətkarlarımız haqqında xatirələr və müasir gənclərin fədakar əməyindən, ailə məhəbbətindən bəhs edən hekayələr verilmişdir.”Bozatın belində” tarixi romanı 1989-cu ildə “Gənclik” nəşriyyatında çap olunub.Əsərdə şəninə dastanlar qoşulmuş və nəğmələr bəstələnmiş Qaçaq Nəbinin, onun sadiq silahdaşı Həcər xanımın parlaq obrazı vətənpərvərlik, beynəlmiləlçilik və dostluq simvolu kimi canlanır.

“Dünyada nələr gördüm” kitabı 1991-ci ildə “Yazıçı” nəşriyyatında çap olunub.Kitabda müəllifin müxtəlif illərdə yazdığı müasir həyatımızdan bəhs edən tərbiyəvi əhəmiyyətə malik hekayə və xatirələrində kapitalist ölkələrində kapitalın törətdiyi ağlasığmaz cinayətlərdən, milli adət-ənənələrdən, nadir tarixi abidələrdən söhbət açılır.

 

 

 

85.8 KB

 

45 KB

 

68.6 KB