Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Kids Academy Tədris Mərkəzinin “Yay məktəbi”nin şagirdləri və müəllim heyəti Mərkəzi Uşaq Kitabxanasına ekskursiya etdilər

29.07.2019

Sumqayıt şəhərinin 70 illik yubileyi çərçivəsində Kids Academy Tədris Mərkəzinin “Yay məktəbi”nin şagirdləri və müəllim heyəti Mərkəzi Uşaq Kitabxanasına ekskursiya etdilər. Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva uşaqlara əfsanə dolu qədim və müasir şəhərimizin tarixi, şəhərin ictimai-siyasi, mədəni həyatında şəhər kitabxanalarının yeri, kitabın və mütaliənin insan həyatında əvəzsiz rolu haqqında məlumat verərək, onları kağızın kəşfi, kitabın yaranma tarixi, kitabın elementləri, quruluşu, kitabla rəftar qaydaları, kitabxanadan istifadə qaydaları ilə tanış etdi.

 

123.6 KB