Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt RMTI-nin rəisi Mehman Şükürovun mədəniyyət işçiləri ilə görüşü keçirilib

27.11.2017

Sumqayıt Regional Mədəniyyət və Turizim İdarəsinin rəisi Mehman Şükürovun Abşeron rayonunda Abşeron və Zəngilan rayonlarından olan mədəniyyət işçiləri ilə görüşü keçirilib.

Sonra  görüş tabe müəssisələrin direktorlarının iştirakı ilə geniş müşavrə ilə davam edib. Müşavirədə 2017-ci il ərzində mədəniyyət müəssisələrində aşkarlanan problemlər, görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə olunub.

Müşavirədə çıxış edən idarə rəisi Mehman Şükürov mədəniyyət müəssisələrində aşkarlanan problemlərdən danışıb. O, kitabxanalarda oxucuların sayının az olduğunu, klub müəssisələrində bədii özfəaliyyətin aşağı səviyyədə olduğunu xüsusilə vurğulayıb və adı çəkilən müəssisələrə əhalinin cəlb edilməsi ilə bağlı geniş təbliğat işinin aparılması, fəaliyyətlərini genişləndirməsi barədə tapşırıqlarını verib. M.Şükürov məsələ ilə bağlı qeyd edib ki, əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə kurs və dərnəklərin, maraq klublarının, ödənişli xidmət sahələrinin sayını artırmaq müəssisə rəhbərlərinin qarşısında duran əsas vəzifələrdən biridir. Həmçinin bildirib ki, ödənişli xidmət sahələrinin artırılması yeni iş yerlərinin açılmasına səbəb olacaq. Bu işin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərlərinə öz təkliflərini verməsini tapşırıb.

Daha sonra M.Şükürov mədəniyyət müəssisələrində folklor kollektivləri, rəqs qrupları, xalq çalğı alətləri ansamblı, uşaq vokal instrumental ansamblı yaratmağın, istedadlı gənclərin üzə çıxarılması məqsədilə müsabiqə və festivalların, tətbiqi sənət sahəsi üzrə sərgilərin keçirilməsinin mədəniyyət işçilərinin qarşısında duran ən vacib məsələ olduğunu qeyd edib.

Müşavirədə Abşeron rayon nümayəndəliyinin baş məsləhətçisi İ.Manafov, Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi M.Nəsirov, Saray qəsəbə uşaq incəsənət məktəbinin direktoru A.Nuriyev çıxış edərək problemlərin qısa bir zamanda aradan qaldırılması ilə bağlı verilmiş tapşırıqlarların yerinə yetirilməsi üçün müvafiq tədbirlər görüləcəyini qeyd ediblər.

 

46.7 KB