Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq Şöbəsində “Sevgiylə paylaşaq” adlı xeyriyyə tədbiri keçirib

23.07.2019

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq Şöbəsi Sumqayıtın 70, Uşaq Şöbəsinin 50 illiyi ilə əlaqədar Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər təşkilatı ilə birgə “Sevgiylə paylaşaq” adlı xeyriyyə tədbiri keçirib.

Tədbirdə QAC Sumqayıt təşkilatının sədri Mətanət Məhərrəmova, yazıçı-ssenarist Hafiz İmamnəzərli, S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq Şöbəsinin müdiri Yeganə Hüseynova və kitabxanaçı Zübeydə Məmmədovan mövzu ilə əlaqədar çıxış edib, düşüncələrini bölüşüblər.

Bildirilib ki, xeyirxahlıq, mərhəmət və humanizm insanı daxilən saflaşdıraraq başqalarının gözündə ucaldan, insanlığın zinətinə çevirən ali dəyərlərdən sayılır. Yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək eyni zamanda Azərbaycan xalqının tapındığı yüksək milli-mənəvi, dini dəyərlərdən irəli gəlir.

Sonra çıxış edən Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan ahıllar bu xeyirxah addıma, dəyərli missiyaya görə təşəbbüskarlara və təşkilatçılara minnətdarlığını bildiriblər.

Tədbirin sonunda  imkansız ailələrə sovqat hədiyyə olunub.

 

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

 

79.7 KB

 

106.9 KB

 

81 KB