Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubun oxucuları Heydər Əliyev mərkəzində ekskursiyada olublar

27.08.2019

Sumqayıt regional mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubun böyüklər üçün abonement şöbəsi gənclərin asudə vaxtının səmərəli təşkili ilə əlaqədar Heydər Əliyev mərkəzinə ekskursiya təşkil etmişdir.Oxucular Heydər Əliyev mərkəzi haqqında geniş məlumat alaraq ,burada olan iki konfrans zalı, nikah otağı, gənclər üçün müzakirə zalları, elektron kitabxana ilə, linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı ilə tanış oldular. Oxucuların sualları da ətraflı cavablandırıldı.Sonda iştirakçılar xatirə şəkilləri çəkdirdilər və mərkəzlə tanışlıqdan məmnun olduqlarını bildirdilər.

 

139 KB