Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İranda keçiriləcək “Aşıq Qərib” adına Beynəlxalq Aşıq Festivalında ölkəmiz təmsil olunacaq

09.12.2017

Sumqayıt Regional Mədəniyyət vəTurizm idarəsi Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin saz ixtisası üzrə müəllimi Elxan Cəlilov Beynəlxalq festivala dəvət almışdır.

10-11 dekabr 2017-ci il tarixində İran İslam Respublikasının Tehran şəhərində İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə  “Aşıq Qərib” adına Beynəlxalq Aşıq Festivalı keçiriləcək. İran, Türkiyə, Gürcüstan saz ustadlarının dəvət aldıqları festivalda Azərbaycanı, Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin saz ixtisası üzrə müəllimi Elxan Cəlilov təmsil edəcək.

 

159.8 KB