Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda Sumqayıt yazarları ilə görüş keçirilmişdir

27.08.2019

Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar Sumqayıt yazarları Qənirə Mehdixanlı, Asif Asiman, Kəramət Əmirli, Hafiz Nəzərli ilə “Sumqayıt mənim taleyimdir” adlı görüş keçirilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin tədbiri açaraq bildirmişdir ki, görüşün keçirilməsində məqsəd Sumqayıtda yaşayıb yaradan qələm sahiblərinin fəaliyyəti barədə danışmaq,onları oxuculara tanitmaqdır. Tədbirdə şairlər çıxış edərək şəhərimizin inkişafı və tərəqqisinin onlar üçün ilham mənbəyi olduğunu qeyd etmişlər. Hər biri öz yaradıcılıq işlərindən danışaraq  şeirlərini söyləmiş, oxucuların suallarını ətraflı cavablandırmışlar. Görüş oxucuların marağına səbəb olmuşdur.

 

89.7 KB