Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Mədəni irsimizin məhv edilmiş inciləri” adlı dəyirmi masa keçirildi

31.07.2019

Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Mədəni irsimizin məhv edilmiş inciləri” adlı dəyirmi masa keçirildi.

Tədbirdə Sosial İqtisadi və Ekoloji İnkişaf İctimai birliyinin sədri Rahilə Mehdiyeva və Zəngilan rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuriyeva Tünzalə və Zəngilan rayon Mərkəzi kitabxanasının kollektivi iştirak etdilər.

Tədbir giriş sözü ilə Sosial İqtisadi və Ekoloji İnkişaf İctimai birliyinin sədri Rahilə Mehdiyeva açaraq işğal olunmuş rayonlarımızın məhv olmuş mədəni sərvətləri haqqında geniş danışdı.

Zəngilan rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuriyeva Tünzalə Zəngilanın bu mədəni sərvətlərini görməsə də, böyüklərdən eşitdiyini ağız dolusu danışdı.

MKS-nin direktoru Məhruzə xanım Cəfərova Zəngilan rayonunun dağıdılmış sərvətləri və tarixi memarlıq abidələri haqqında geniş məlumat verdi.

Dəyirmi masada tədbir iştirakçılarının hər biri ayrı-ayrılıqda rayonun sərvətləri haqda öz xatirələrini danışdılar.

Sonda tədbir iştirakçıları və qonaqlar “Dağıdılmış sərvətlər” adlı sərgi ilə tanış oldular

 

382.8 KB