Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

C.Cabbarlı adına Mədəniyyət evinin özfəaliyyət kollektivləri Sumqayıt şəhərinin yaranmasının 70 illiyi ilə əlaqədar olaraq konsert proqramı ilə çıxış etmişdir.

17.08.2019

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə C.Cabbarlı adına Mədəniyyət evinin özfəaliyyət kollektivləri  Sumqayıt şəhərinin yaranmasının 70 illiyi ilə əlaqədar olaraq konsert proqramı ilə çıxış etmişdir.

İlk olaraq Mədəniyyət evinin solisti Əliağa Tapdiqli konsertə toplaşan məhəllə sakinlərini salamlayaraq onları doğma şəhərimizin 70 illiyi münasibəti ilə təbrik etdi. 1949-cu il noyabrın 22 də şəhər statusu alan Sumqayıtın tarixindən, inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən söz açaraq bütün bunların hamısının ölkə rəhbərliyinin şəhərimizə gostərdiyi diqqət və qayğının nəticəsi olmasını bir daha vurğuladı.

Daha sonra səhnəyə C.Cabbarlı adına Mədəniyyət evinin “Turan” milli rəqs qrupu dəvət olundu. Onların ifasında səslənən rəngarəng rəqs nömrələri konsertə toplaşan şəhər əhalisi tərəfindən alqışlarla qarşılandı. Mədəniyyət evinin solisti Ədalət Dağlının ifasinda səslənən mahnılar konsert proqramını daha da şənləndirərək sakinlər tərəfindən alqışlarla qarşılandı.

 

131.6 KB