Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıtın Dənizkənarı Bulvarında C.Cabbarlı adına Mədəniyyət evinin “GO In Ups” rok qrupu Sumqayıt şəhərinin yaranmasının 70 illiyi ilə əlaqədar olaraq konsert proqramı ilə çıxış etmişdir.

30.08.2019

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıtın Dənizkənarı Bulvarında C.Cabbarlı adına Mədəniyyət evinin “GO In Ups” rok qrupu Sumqayıt şəhərinin yaranmasının 70 illiyi ilə əlaqədar olaraq “Nəğmələrdə vəsf olunan şəhərim” adlı konsert proqramı ilə çıxış etmişdir.

İlk olaraq Mədəniyyət evinin solisti Əliağa Tapdiqli konsertə toplaşanları salamlayaraq onları doğma şəhərimizin 70 illiyi münasibəti ilə təbrik etdi. 1949-cu il noyabrın 22 də şəhər statusu alan Sumqayıtın tarixindən, inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən söz açaraq bütün bunların hamısının ölkə rəhbərliyinin şəhərimizə gostərdiyi diqqət və qayğının nəticəsi olmasını bir daha vurğuladı.

Daha sonra səhnəyə 2007-ci ildən bəri C.Cabbarlı adına Mədəniyyət evində fəaliyyət göstərən tanınmış, xüsusən da gənclərin sevimli qrupu olan “Go İn Ups” rok qrupu öz rənarəng repertuarları ilə konsertə toplaşan şəhər əhalisinin bayram əhval-ruhiyyəsini daha da yüksəltdi

 

61.3 KB