Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sumqayıt şəhər “Gənclik” şəhər klubu Sumqayıt şəhərinin yaranmasının 70 illiyi ilə bağlı dənizkənarı bulvarda konsert proqramı ilə çıxış edib

23.08.2019

Sumqayıt regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər “Gənclik” şəhər klubu Sumqayıt şəhərinin yaranmasının 70 illiyi ilə bağlı dənizkənarı bulvarda istirahət edən sakinlər qarşısında --- yeni inşa olunmuş səhnədə konsert keçirdi. Konserti aparıcılar  Amaliya Qasımova və Fidan Babayeva Sumqayıt haqqında gözəl şeirlərlə açdılar və ara- sıra 70 il ərzində həm mədəniyyətdə, həm təhsildə, həm tikintidə olan nailiyyətlər haqqında məlumat verirdilər.

Daha sonra söz klubun özfəaliyyət kollektivinə verildi. İfaçılardan Taleh Rəsulov, Tacir Xəlilov, Sübhan Əkbərzadə, Qabil Qarabağlı, Aysel Məmmədli və başqaları rəngarəng mahnılarla hər kəsin marağına səbəb oldular və belə gözəl konsertə görə tamaşaçılar tərəfindən xoş sözlərlə və təşəkkürlə qarşılandılar.

 

38.5 KB